Rusiya Britaniya diplomatlarının akkreditasiyasını ləğv edir

13:28 - 13 Sentyabr 2024

Rusiya Britaniya diplomatlarının akkreditasiyasını ləğv edir

Rusiya Böyük Britaniyanın Moskvadakı səfirliyində çalışan 6 diplomatın casusluq ittihamı ilə akkreditasiyasını ləğv edib.

 

Manset.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu şəxslərin fəaliyyətinin ölkənin təhlükəsizliyini təhdid etdiyini iddia edib.

FSB-dən verilən açıqlamada İngiltərənin beynəlxalq hərbi və siyasi gərginliyi koordinasiya etdiyini sübut edən sənədlərin ələ keçirildiyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı açıqlama verib.

Agentliyə danışan Zaxarova, "Böyük Britaniyanın Moskvadakı səfirliyinin diplomatları Rusiya xalqına zərər vurmaq məqsədi daşıyan hərəkətlər ediblər. Bu şəxslərin fəaliyyəti Vyana Konvensiyalarından çox kənara çıxıb" deyib.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin