"Ukraynanın Rusiyaya hücumuna icazə vermək Qərbin müharibəyə qoşulması deməkdir" - Putin

10:56 - 13 Sentyabr 2024

Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun Qərb istehsalı olan müasir yüksək dəqiqlikli uzaq mənzilli sistemləri ilə hücumlar təşkil etmək imkanının olmadığını iddia edib. 
 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinin NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Ukraynadakı müharibəyə qoşulması demək olacağını ifadə edərək, “Belə olarsa, bizə yönəldilən təhdidlərə uyğun olaraq lazımi qərarları verəcəyik " dedi.

Putin Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda iştirak etdikdən sonra “Rossiya-1” dövlət televiziya kanalına açıqlama verib.

ABŞ və İngiltərədə gündəmə gətirilən uzaqmənzilli silahlarla Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsi məsələsi ilə bağlı sualı cavablandıran Putin deyib ki, bu məsələ ilə bağlı anlayışlar dəyişib.

Putin, "Kiyev administrasiyasının Rusiya ərazisinə hücumuna icazə vermək və ya qadağan etməkdən söhbət gedə bilməz. Ukrayna artıq bunu pilotsuz uçuş aparatları və digər alətlərlə edir. Ancaq yüksək dəqiqlikli uzaqmənzilli silahlar varsa, fərqli vəziyyət var" deyib.


 

 


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin