Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
13:42 - 5 Noyabr 2021
Bu gün Medianın İnkişafı Agentliyində (MEDİA) Vətən müharibəsidə iştirak edən jurnalistlərlə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə Agentlyin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.
O bildirib ki, hazırda müxtəlif ixtisaslar üzrə kadr hazırlanmalıdır:
"İstər bank sahəsində, istərsə də sosial sahəni işıqlandırmaq üçün bizim jurnalistlərimizdə, mediamızda müəyyən peşə vərdişləri, bilikləri olmalıdır. Çünki orada dərin məqamlar var. Məsələn, islahatları işıqlandırmaq istəyirsə, onun mahiyyətini bilməlidir ki, doğru-düzgün işıqlandırsın. Bu sahədə biz xarici mütəxəssislərin cəlb edilməsinin tərəfdarıyıq. Baxmayaraq ki, yerli ekspertlər də var. Bu məsələləri layihə halına salıb, birlikdə həll edə bilərik. Layihələrin həyata keçirilməsinin 2 tərəfi var - normativ-hüquqi və iqtisadi tərəfləri var. İqtisadi tərəfi gələn ilin büdcəsi ilə bağlı olacaq".
"Bundan başqa, media sahəsində çalışan QHT-lərin funksiyaları və tədbirləri daha aktiv olmalıdır, Agentliklə əməkdaşlıq etməlidirlər. Analizlər göstərir ki, bu sahədə pərakəndəlik var. Kim istəyir gedib tədbir keçirir. Düşünmür ki, bu gün buna ehtiyac var, ya yoxdur. Biz bunu balanslaşdırılmış və bir-birimizlə uyğunlaşdırıımış şəkildə həyata keçirməliyik. Jurnalistlərlə bağlı keçirilən layihələrə QHT-də dəstək verə bilər", - o vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin