İlham Əliyevdən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı PAYLAŞIM
30 Dekabr 2024
20:04 - 12 Sentyabr 2024
Bildiyimiz kimi alıcılar 14 günə məhsulu geri qaytara və dəyişə bilərlər. Bəs bu hansı məhsullara şamil olunmur? İstifadə edib keyfiyyətindən narazı qalan müştəri məhsulu geri qaytara bilərmi
Manset.az bildirir ki, mövzu ilə bağlı big.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, qaytarılan məhsul istifadə edilməmiş olmalıdır. Həmçinin bəzi məhsullar var ki, onlar qaytarıla bilməz:
"Qanunvericiliyə əsasən alıcı 14 gün ərzində malı qaytara və dəyişə bilər, bir şərtlə ki, məhsul istifadə olunmasın, zəruri xassələri qorunub saxlansın və həmin satıcıdan alınmasına dair vətəndaşların sübutu olsun. Lakin Qanunvericiliyə əsasən bəzi məhsullar qaytarıla və dəyişdirlə bilməz. Qızıl və qızıl məmulatları, qiymətli daşlar, məişət-kimya malları, kişi, qadın, uşaq alt və çimərlik paltarları, parfumeriya və kosmetika malları, qadın, kişi, uşaq corabları, uşaq oyuncaqları, daraq və diş fırçaları, yaralılıq müddəti ərzində mağazadan çıxarılmış ərzaq malları, ərzaq mallarının saxlanılması üçün plastik qablar qaytarıla və dəyişdirilə bilməz. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar operativ münasibət bildirilməsi üçün Antiinhisar siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin