"İngiltərə, Fransa və Almaniyaya cavab verəcəyik" - İran

19:23 - 12 Sentyabr 2024

İran Rusiyaya ballistik raket tədarük etməsi iddiasına əsaslanaraq İngiltərə, Fransa Almaniyanın İranın mülki aviasiya sektoruna sanksiya tətbiq etmə qərarını pisləyib sözügedən ölkələrə "mütənasib şəkildə" cavab verəcəyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kenani yazılı açıqlamasında ölkəsinə qarşı tətbiq edilən yeni sanksiyalara reaksiya verib.

O, ölkəsinin Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya raket tədarük etməsi ilə bağlı iddiaların “yalan” və “əsassız” olduğunu bildirib.

“Üç Avropa ölkəsinin bu hərəkəti ABŞ-nin düşmənlik siyasətinin təzahürüdür. İran onlara adekvat və mütənasib şəkildə cavab verəcək",- Kenani vurğulayıb.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin