Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
18:17 - 12 Sentyabr 2024
Tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobus sayı artırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb ediləcək. 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.
Bundan əlavə, Sumqayıt şəhəri və Abşeron rayonunda 2023-cü ilin sentyabr ayı ilə müqayisədə sərnişindaşımaya əlavə olaraq 75 avtobus cəlb edilib. Sumqayıt şəhəri və Abşeron rayonuna aid marşrutlar üzrə yay aylarında 370-390 avtobus itismar edilirdisə, tədris mövsümü ilə əlaqədar avtobus sayı 486-ya çatdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin