Deputat qohumunu işdən çıxarıb öz xanımını TƏYİN ETDİ
25 Noyabr 2024
10:25 - 12 Sentyabr 2024
Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində sexdə yanğın baş verib.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 3250 m² olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400 m² və içərisindəki mebel əşyaları 100 m² sahədə, avtomobil təmiri sexi 100 m² sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20 m² sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 m² sahədə yanıb.
Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin