Lənkəranda 43 yaşlı kişi bıçaqlandı

23:36 - 11 Sentyabr 2024

Lənkəranda 43 yaşlı kişi bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə 22:30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.

Ona ilkin tibbi yardım göstərilib və döş qəfəsinin sol payının deşilmiş-kəsilmiş yaraları diaqnozu qoyularaq, əməliyyat blokuna alınıb. Vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin