Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO
21 Dekabr 2024
00:30 - 12 Sentyabr 2024
"İlk dəfə məktəbə gedən şagirdin psixoloji hazırlığı üçün valideynlər reallığı olduğu kimi qəbul etməlidirlər. Məktəbin əhəmiyyəti uşaqlar üçün ətraflı izah olunmalıdır".
Manset.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə, baş verən dəyişikliyin müvəqqəti olduğunu anlamalıdırlar:
"Valideynlər qısa bir müddətdə övladları ilə məktəb həyatına adaptasiya olmalıdırlar. Valideynlər məktəb mühiti ilə uyğunluğu tezləşdirmək üçün müəllimlərdən və məktəb psixoloqundan tövsiyə ala bilərlər. Yaranan hansısa psixoloji narahatlığı birlikdə aradan qaldıra bilərlər. Uşaq məktəbə getməmişdən əvvəl məktəb haqqında fikirləri formalaşmalıdır. Şagird məktəb haqqında nə qədər çox məlumatlandırılsa, o qədər psixoloji hazır olacaq".
Psixoterapevt qeyd edib ki, uşaq yeni və başa düşmədiyi anlayışlardan narahatlıq keçirir:
"Müxtəlif əyani və vizual vasitələrlə uşaqlarda məktəb haqqında düşüncə formalaşdırılmalıdır. Valideynlər davamlı olaraq məktəbə qədər məktəb haqqında evdə bilgilər bölüşməlidirlər. Uşaqlara məktəbin nə qədər maraqlı və əyləncəli olduğunu öyrətmək lazımdır. Şagird məktəb həyatını fəlakətləşdirməməlidir. Uşaqların psixi sağlamlığı üçün məktəbə adaptasiya prosesində dəstək olmaq lazımdır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin