Bu ölkədə 6,3 bal gücündə zəlzələ oldu

23:05 - 11 Sentyabr 2024

Bu ölkədə 6,3 bal gücündə zəlzələ oldu

Papua Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətindən (USGS) bildirilib.

Məlumata görə, zəlzələnin episentri Lorenqau şəhərindən təxminən 170 kilometr cənub-qərbdə olub.

Təxminən 10 kilometr dərinlikdə baş verən 6,3 bal gücündə zəlzələdə ilkin ehtimallara görə, can və mal itkisi olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Manşet.az


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin