Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
22:55 - 11 Sentyabr 2024
ABŞ-nin 42 ştatının baş prokurorları Konqresi sosial media platformalarında bu platformaların uşaqların psixi sağlamlığına təsiri ilə bağlı xəbərdarlıqlar yerləşdirməyə çağırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, Baş prokurorlar ABŞ Konqresinə göndərdikləri məktubda sosial media platformalarının uşaq və gənclərin psixi sağlamlığına mümkün təhlükələri ilə bağlı xəbərdarlıqların olması lazım olduğunu bildiriblər.
42 ştatın baş prokurorları uşaqların psixi sağlamlığına mənfi təsir göstərəcək məzmunlarla bağlı sosial media platformalarında xəbərdarlıqların yerləşdirilməsinin “gənclərə zərər vurma riskinin azaldılması istiqamətində mühüm addım” olacağı fikrini bildiriblər.
Məktubda həmçinin qeyd olunub ki, tələb olunan xəbərdarlıqlar təkcə sosial media platformalarının gənclər üçün yaratdığı riskləri vurğulamaqla yanaşı, “həmçinin bu platformalara nəzarətdə diqqəti, araşdırmanı və investisiyaları təşviq etmək üçün digər səyləri dəstəkləyəcək”.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin