Rusiya və Türkiyə Cənubi Qafqazı müzakirə etdi

21:51 - 11 Sentyabr 2024

Rusiya və Türkiyə Cənubi Qafqazı müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparıblar.

Eyni zamanda “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin