"Moskva Bakıya hər cür kömək etməyə hazırdır" - Zaxarova

21:02 - 11 Sentyabr 2024

“Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək göstərməyə hazırdır”.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, hazırda 30-dan çox dövlət BRICS-lə sistemli əlaqələrin inkişafında maraqlıdır.

“Biz hər bir ölkənin suveren istəyinə və bu halda Azərbaycanın BRICS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşırıq. Birlik getdikcə beynəlxalq əməkdaşlığın daha ədalətli, bərabərhüquqlu arxitekturasının formalaşması istiqamətində çox iş görür”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin avqustunda BRICS liderlərinin Yohannesburqda keçirilən görüşünün qərarları əsasında üsullar razılaşdırılır.

“İşin nəticələri barədə bu il oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək sammitdə BRICS liderlərinə məruzə ediləcək, qərarlar hərtərəfli məsləhətləşmələr və konsensus əsasında qəbul ediləcək”, - deyə Mariya Zaxarova bildirib.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin