Braziliyada son 70 ilin ən ciddi quraqlığı

17:30 - 11 Sentyabr 2024

Braziliyada son 70 ilin ən ciddi quraqlığı

Braziliyada son 70 ilin ən ciddi quraqlığının yaşandığı, meşə yanğınlarının əraziləri məhv etdiyi və havanın keyfiyyətinin aşağı düşdüyü bildirilir.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, son 70 ilin ən ciddi quraqlığının Braziliyada yaşandığını bildirən səlahiyyətlilər, Braziliya ərazisinin təxminən 59 faizinin quraqlıqla üzləşdiyini qeyd ediblər. Rəsmilər quraqlıqdan təsirlənən ərazilərin ABŞ-ın yarısı qədər olduğuna diqqət çəkib.

Amazon hövzəsindəki bəzi çaylarda su miqdarının son dövrlərin ən aşağı səviyyələrində olduğunu bildirən səlahiyyətlilər, ölkə daxilində təsirli meşə yanğınlarının əraziləri məhv etdiyini və geniş əraziyə yayılan tüstü səbəbiylə havanın keyfiyyətinin ciddi şəkildə azaldığını bildirib. 

Milli Təbii Fəlakətlərin Monitorinqi və Erkən Xəbərdarlıq Mərkəzinin zabiti Ana Paula Cunha, "İlk dəfədir ki, quraqlıq ölkənin şimalından cənub-şərqinə qədər uzanır. Bu, ölkə tarixində ən intensiv və geniş yayılmış quraqlıqdır". dedi.

Çapada dos Veadeiros Milli Parkının direktoru Nayara Staçeski də builki quraqlıq mövsümünün əvvəlki illərdən xeyli tez başladığını, yağışlı mövsümün intensiv, lakin qısa olduğunu bildirib.

"Küləklər güclüdür, havada rütubət çox aşağıdır və hava həddindən artıq istidir. Bütün bunlar meşə yanğınlarını daha da pisləşdirir", - Staçeski bildirib. 


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin