MSK 12 müraciəti araşdırır

17:06 - 11 Sentyabr 2024

MSK 12 müraciəti araşdırır

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 12 müraciət daxil olub.

 

Manset.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

Məzahir Pənahov bildirib ki, hay-küyə ehtiyac yoxdur: "Ölkə üzrə 1000-ə yaxın maraqlı tərəfin iştirakı ilə keçən bir tədbirlə bağlı 12 müraciət çox azdır. MSK-ya müraciətlərin daxil olması bu gün başa çatır. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, baxmağa bizim ixtiyarımız yoxdur. Poçtla göndərilən və dairə seçki komissiyasının qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK baxa bilər”.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin