Qızından narahat olan ata onun başına təhlükəsizlik kamerası quraşdırdı - VİDEO

16:48 - 11 Sentyabr 2024

Qızından narahat olan ata onun başına təhlükəsizlik kamerası quraşdırdı - VİDEO

Pakistanda ata qızının təhlükəsizliyini təmin etmək üçün çox qeyri-adi üsuldan istifadə edib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qızının başına təhlükəsizlik kamerası yerləşdirən ata bu davranışı ilə sosial şəbəkədə viral olub.

Videoda başında böyük kamera ilə görüntülənən gənc qadının müsahibəsi yer alıb. Qadın kameranı atasının quraşdırdığını və məqsədinin onun hər hərəkətini izləmək olduğunu bildirib. O, atasının qərarına qarşı çıxmadığını və bunun özünü qorumaq üçün edildiyini deyib.

Gənc qadın deyir ki, ailəsi Kəraçidə bir qadının öldürülməsindən sonra bu qeyri-adi addımı atıb. Bənzər bir təhlükə ilə üzləşə biləcəklərini düşünən ailə təhlükəsizlik baxımından bu üsula əl atıb.

Sosial şəbəkələrdə “yüksək səviyyəli təhlükəsizlik” adı ilə paylaşılan video qısa zamanda minlərlə insan tərəfindən izlənilib. İstifadəçilərin əksəriyyəti bu vəziyyətə gülərək reaksiya verib.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin