Bakıda zəncirvari qəza: "Prius" VAZ-2106-a çırpıldı - VİDEO

16:23 - 11 Sentyabr 2024

Bakıda zəncirvari qəza:

Paytaxtın Babək prospektində zəncirvari qəza baş verib. Qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə "Prius" markalı avtomobilin VAZ-2106 markalı avtomobilə çırpılıb. VAZ-2106 isə öz növbəsində digər maşına dəyib.
 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, yol-nəqliyyat hadisəsi 9 sentyabr saat 06:40-da qeydə alınıb.

"Hadisə zamanı 77-LH-463 dövlət nömrə nişanlı "Prius", 02-BU-954 dövlət nömrə nişanlı VAZ-2106 və 10-DB-021 dövlət nömrə nişanlı BMW markalı avtomobillər toqquşub. Hadisə "Prius" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi səbəbindən baş verib. Nəticədə o qarşıda hərəkətdə olan VAZ-2106 markalı nəqliyyat vasitəsinə çırpılıb, idarəetmədən çıxan VAZ-2106 isə arxadan gələn BMW markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Başı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır", - açıqlamada deyilir.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin