Putin Türkiyəyə səfər edəcək

14:45 - 11 Sentyabr 2024

Putin Türkiyəyə səfər edəcək

Rusiya lideri Putin hazırlıqlar tamamlandıqdan sonra prezident Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək. İki liderin Rusiyada keçiriləcək BRİKS sammitində görüşəcəyi gözlənilir.

 

Manset.az xəbər verir ki, Kreml Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.

Kremlin sözçüsü Dmitri Peskov, Putinin hazırlıqlar tamamlandıqdan sonra prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcəyinə ümid etdiklərini bildirib.

Peskov bu gün mətbuata açıqlamasında Ukrayna müharibəsinə də toxunub.

O bildirib ki, Amerika Ukraynaya ATACM raketləri ilə "Rusiyanın dərinliklərinə" zərbə endirməsinə icazə verərsə, onlar müvafiq cavab verəcəklər.

Dünən verdiyi açıqlamada ABŞ prezidenti Co Bayden, Ukraynanın Rusiyaya qarşı müharibəsində ATACM kimi uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı sualına cavab olaraq, administrasiyasının “hazırda bunun üzərində işlədiyini” deyib.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin