Musiqiyə ara verəcəyini deyən müğənninin "Gizli planı" üzə çıxdı

11:30 - 11 Sentyabr 2024

Musiqiyə ara verəcəyini deyən müğənninin

Britaniyalı müğənni Adel musiqiyə fasilə verir. Bir müddət konsert verməyəcəyini açıqlayan müğənninin gizli planı olduğu iddia edilib.

 

Manset.az xəbər verir ki, Britaniyalı müğənni Las-Veqasda "Weekends With Adele" şousundan sonra Almaniyanın Münhen şəhərində musiqisevərlərlə görüşüb.

36 yaşlı ulduz "Daha 10 konsert verəcəm, o zaman səni uzun müddət görməyəcəyəm. Hər zaman ürəyimdə olacaqsan" deyib.

Müğənninin Veqasdakı konsertləri noyabrın 23-də başa çatacaq. Mənbələr iddia edir ki, "Qremmi" mükafatı alan müğənninin gizli planı var. 220 milyon dollar sərvəti olan Adelin aktyorluğa addım atdığı iddia edilir.

Adelin Hollivudun məşhur aktyor məşqçiləri ilə işlədiyi və bir ildən artıqdır ki, aktyorluq təhsili aldığı bildirilir.

Müğənninin daha sonra qastrollara və musiqilərə qayıdacağı məlum olub. Hətta Adelin Super Bowl şousunda çıxış edəcəyi iddia edilir.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin