COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
11:42 - 11 Sentyabr 2024
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub. Müğənni Kərim Abbasovun fonaqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Manset.az-a açıqlamasında bildirib.
"Sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
***
10:48
Müğənni Kərim toyda döyülüb.
Manset.az Lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.
Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Faktla bağlı araşdırma gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin