Gecə saatlarında İsmayıllıda ev külə döndü - VİDEO

09:15 - 11 Sentyabr 2024

Gecə saatlarında İsmayıllıda ev külə döndü - VİDEO

Bu gecə İsmayıllı rayonunun Qalınçaq kəndində yanğın hadisəsi baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə kənd sakinləri məlumat veriblər.

Fövqəladə Hallar Nazirliyinin ərazi nümayəndəliyinin məlumatında bildirilir ki, yanğın gecə saat 02:53-də baş verib. Saat 04:22-də söndürülüb.

"Yanğın nəticəsində 1991-ci il təvəllüdlü Nuran Baloğlan oğlu Hacıyevə məxsus ümumi sahəsi 200 kvadratmetr olan kürsülü, birmərtəbəli, dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının söndürülməsinə üç maşın və 14 nəfərlik şəxsi heyət cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin