Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
10:36 - 5 Noyabr 2021
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt ərazisində qeydə alınan zəncirvari qəza ilə bağlı məlumat yayıb.
İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin Manset.az-a verdiyi məlumata görə, hadisə gecə saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, “Hyundai”, “Toyota”, “Renault”, “Mercedes”, “Toyota Prado”, “Hyundai” və “KİA” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib: “Hadisə avtoxuliqanlıq zəminində qeydə alınıb. Qəza zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.
İlkin məlumatlara görə, qəzaya “Hyundai” və “Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətəfə əlavə məlumat veriləcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin