Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi fəaliyyətini bərpa etdi

16:35 - 10 Sentyabr 2024

Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi fəaliyyətini bərpa etdi

Səudiyyə Ərəbistanı Suriyada 2012-ci ildə bağlanmış səfirliyini rəsmən yenidən açıb.

 

Manset.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb .

Məlumata görə, krallığın müvəqqəti işlər vəkili Abdullah əl-Haris deyib:

"Dəməşqdə səfirliyin fəaliyyətinin bərpası iki ölkə və qardaş xalqlar arasında münasibətlər tarixində mühüm mərhələdir".

Səudiyyə Ərəbistanının Suriya paytaxtındakı diplomatik missiyası bazar ertəsi fəaliyyətinin bərpası ilə bağlı qala tədbiri təşkil edib. Tədbirdə nazirlər, yüksək səviyyəli Suriya rəsmiləri və Dəməşqdə akkreditə olunmuş xarici diplomatlar və digərləri iştirak ediblər.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin