Xaricdəki ukraynalıların sayı neçə milyondur ?

22:42 - 10 Sentyabr 2024

Xaricdəki ukraynalıların sayı neçə milyondur ?

Baş nazir Denis Şmıxal Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, bu gün 7,5 milyon vətəndaş hələ Ukraynadan kənarda qalır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

O, hökumətin “Ukraynalıların Qayıdış Nazirliyi” adlı bir qurum yaratmaq planlarını şərh edib. Şmıqalın sözlərinə görə, hazırda bu məsələ ilə bir neçə departament məşğul olur.

Nazirliyin yaradılması ideyası xaricdə olan 7,5 milyon ukraynalıya diqqət yetirməkdir. İndi İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Sosial Siyasət Nazirliyi və sair bununla məşğuldur.

"Hər bir nazirlik bu problemi yavaş-yavaş həll edir ”, - deyə Ukraynanın Baş naziri bildirib.

 

 


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin