İşsizlərə ŞAD XƏBƏR
15 Yanvar 2025
22:25 - 10 Sentyabr 2024
Prezident Salome Zurabişvili Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci prezidentlik müddətinə namizəd olmağa hazır olduğunu bəyan edib.
Manset.az xəbər verir ki, bu barədə prezident özü açıqlama verib.
"Mən daha böyük məsuliyyət götürməyə və Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci prezidentlik müddətinə namizəd olmağa hazıram", - prezident Fransanın "Le Figaro" qəzetinə müsahibəsində deyib.
Zurabişvili hazırkı hakimiyyəti siyasi kursu Avropaya inteqrasiyadan Rusiya ilə yaxınlaşmaya dəyişməkdə ittiham edib.
"İndiki Gürcüstan hökumətinin Moskvaya yaxınlaşmaq üçün çox aydın seçimi var. Bu hökumət Moskva ilə əlaqələrin xeyrinə Qərbyönlü mövqeyindən əl çəkib".
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin bu ilin noyabr-dekabr aylarında keçiriləcəyi gözlənilir.
Bundan əvvəl Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib ki, Zurabişvili Gürcüstanın prezidenti deyil, çünki Konstitusiya Məhkəməsi onu ölkənin Əsas Qanununu pozmaqda təqsirli bilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin