İsveçin yeni xarici işlər naziri kimdir?

21:11 - 10 Sentyabr 2024

İsveçin yeni xarici işlər naziri kimdir?

Maria Malmer Stenergaard İsveçin yeni xarici işlər naziri təyin edilib

 

Manset.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson parlamentin açılışında yeni kabinetini təqdim edərkən məlumat verib.

"Maria Malmer Stenergaard xarici işlər naziri olacaq",- Baş nazir bildirib.

İsveç Xarici İşlər Nazirliyinin yeni rəhbəri Ukraynaya dəstəyi “gələcək illər üçün əsas xarici siyasət vəzifəsi” adlandırıb.

“Biz Rusiyaya qarşı sanksiya təzyiqi tətbiq etməkdə davam etməliyik, eyni zamanda Ukraynanın Aİ-yə üzvlük istiqamətində əlavə addımlar atmasını təmin etməliyik”, Stenerqaard vurğulayıb.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin