Bu ölkələrdə 1750 məhbus vaxtından əvvəl azad edilir

17:26 - 10 Sentyabr 2024

Bu ölkələrdə 1750 məhbus vaxtından əvvəl azad edilir

İngiltərə və Uels həbsxanalarında həddindən artıq sıxlıq səbəbindən bu gün 1750-yə yaxın məhbus cəzalarının müddətinin azaldılması ilə erkən azad olunacaq.

Manset.az  Azertac-a istinadən xəbər verir ki, beş ildən az müddətə məhkum olunan şəxslər, adətən cəzalarının 50 faizini çəkdikdən sonra azadlığa buraxıldıqları halda, indi bu müddət 40 faizə endirilib. Zorakılıq, cinsi cinayətlər və məişət zorakılığı ilə əlaqəli cinayətlər törədən, azı dörd illik həbs cəzası alan məhbuslara bu endirim şamil edilmir.

Qeyd edək ki, ötən həftə İngiltərə və Uels həbsxanalardakı məhbusların sayı 88 min 521 nəfərə çataraq tarixi rekord vurub. Baş nazir Kir Starmer mövcud vəziyyətin artıq böhran həddinə çatdığını vurğulayıb.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin