Azərbaycan Premyer Liqasında ən bahalı klub və futbolçular - ARAŞDIRMA

14:34 - 10 Sentyabr 2024

Azərbaycan Premyer Liqasında ən bahalı klub və futbolçular - ARAŞDIRMA

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların və futbolçuların yeni bazar qiymətləri açıqlanıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, çempionatın ən dəyərli oyunçusu "Qarabağ"ın üzvü Olavio Juninyodur.

Braziliyalı hücumçu iki milyon avro dəyərində göstərilib. Onu 1.80 milyon avro ilə komandanın yeni transferi Aleksey Kaşuk izləyir. Bazar qiyməti ən yüksək sayılan növbəti beş futbolçu "Qarabağ"ın heyətində yer alır.

Premyer Liqanın ən dəyərli klubu da məhz Ağdam təmsilçisidir. Qurban Qurbanovun sərəncamındakı kollektivin ümumi bazar qiyməti 20.78 milyon avrodur.



Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin