Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
08:34 - 5 Noyabr 2021
Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov istefa verməsinin səbəblərini açıqlayıb.
Manset.az Axar.az-a istinadla xəbər verir ki, o, istefaya əsas səbəb kimi müstəqil mövqe sərgiləməsini göstərib.
“Bacarıqlarımın məni daha çox realizə edə bilməyəcəyini görənə qədər 2 il əlavə işlədim. Bu, istefaya səbəb oldu. Razılaşmadığım işlərdə iştirak etmək istəmədim. “Yox” deməyi bacarıram və bu hamının xoşuna gəlmir. “Belə olmaz” deyirəm və bunu hamı bəyənmir. Prezident mənə müraciət edə bilər və “Mövqeyiniz nədir?” sualını verə bilər. Mən deyirəm: Bu, tam cəfəngiyyatdır və belə etmək olmaz. Bunu hamı bəyənməyə bilər”, - deyə Avakov bildirib.
Qeyd edək ki, bir müddət öncə DİN rəhbərliyindən istefa verən A.Avakovu Denis Monastırski əvəzləyib. Bundan öncə Avakov prezidentin istəyi ilə istefa verdiyini bildirmişdi.
Milliyyətcə erməni olan Avakov 1964-cü ildə Bakıda dünyaya gəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin