Yaşar Gülər Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin iclasında iştirak edəcək

21:52 - 9 Sentyabr 2024

Yaşar Gülər Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin iclasında iştirak edəcək

Türkiyə hökumətinin Nazirlər Kabinetinin iclasından sonra ölkənin Milli Müdafiə naziri Yaşar Gülər Gürcüstana səfər edib.

 

Manset.az xəbər verir ki, Yaşar Gülər Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Gürcüstana gedib.

Bu haqda məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında öz əksini tapıb. Toplantının məzmunu haqda heç bir əlavə məlumat verilməyib.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin