Xudatda ana azyaşlı övladını xəstəxanalıq etdi

20:46 - 9 Sentyabr 2024

Xudatda ana azyaşlı övladını xəstəxanalıq etdi

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlı, anası tərəfindən döyülüb.

 

Manset.az xəbər verir ki, hadisə M. Əbilov küçəsində baş verib. Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə qızı 7 yaşlı Qayıbova Zəhra Camal qızına xəsarətlər yetirib.

Azyaşlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, anası qızını dərslərinə hazırlaşmadığı üçün cəzalandırıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin