Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
20:37 - 9 Sentyabr 2024
Uels Şahzadəsi Keyt Middlton kimyaterapiya müalicəsini başa vurduğunu açıqlayıb.
Manset.az xəbər verir ki, Keyt Middlton bu barədə “X” sosial şəbəkə hesabında video paylaşıb. Videoda onun həyat yoldaşı Şahzadə Uilyam və uşaqları ilə keçirdiyi xüsusi anlar yer alır. O, son 9 ayın özü və ailəsi üçün çətin keçdiyini, kimyaterapiya müalicəsini başa vurduğu üçün isə çox sevindiyini bildirib. Eyni zamanda, diqqətini xərçəngdən qorunmağa yönəldəcəyini əlavə edib.
Qeyd edək ki, bu ilin yanvarında Keyt Middlton qarın nahiyəsindən əməliyyat keçirdiyini açıqlamışdı. Mart ayında isə xərçəng hüceyrələrinin aşkarlandığını və profilaktik kimyaterapiya müalicəsi almalı olduğunu təsdiqləmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin