Ramil Həsən Ucarda “1 UŞAQ, 1 GƏLƏCƏK” təhsil aksiyasına start verdi - FOTOLAR

18:58 - 9 Sentyabr 2024

Ramil Həsən Ucarda “1 UŞAQ, 1 GƏLƏCƏK” təhsil aksiyasına start verdi - FOTOLAR

Ramil Həsən Ucarda “ 1 UŞAQ , 1 GƏLƏCƏK ” təhsil aksiyasına start verib.

 

Manset.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə yeni tədris ilinin başlanması münasibətilə Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan həssas təbəqədən olan 50 nəfərə yaxın məktəbliyə içərisində məktəbli geyimi, ayaqqabı, məktəbli çantası və məktəb ləvazimatları olan bağlamaların verilməsinə başlanılıb. Eyni zamanda valideynlərlə görüşülüb, onların qaldırdıqları problemlər və narahatlıqlar dinlənilənilib.

Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə xoşniyyətli şəxslərə dərin təşəkkürlərimizi bildiririk.

Onu da qeyd edək ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.

Xoşməramlı aksiya 3 gün davam edəcək.



Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin