Britaniya Əfqanıstandakı səfirliyini bağlayır

17:44 - 9 Sentyabr 2024

Britaniya Əfqanıstandakı səfirliyini bağlayır

Britaniya hökuməti Əfqanıstanın Londondakı səfirliyini bağlamaq qərarına gəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, qərar Əfqanıstanın Böyük Britaniyadakı səfiri Zalmay Rəsula bildirilib.

Səfir Zalmay Rəsul "X" sosial şəbəkəsində yazıb:

"Səfirlik sentyabrın 27-də ölkənin rəsmi tələbi ilə öz qapılarını bağlayacaq".

Böyük Britaniyanın qərarı Taliban administrasiyası iyul ayında keçmiş hökumət tərəfindən yaradılan diplomatik missiyaları artıq tanımadığını, həmçinin Britaniya və 13 Avropa ölkəsindəki səfirliklərin verdiyi sənədlərin etibarsız olduğunu elan etdikdən sonra verilib.

 

 


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin