MSK sosial şəbəkədəki görüntüləri ARAŞDIRIR

17:41 - 9 Sentyabr 2024

MSK sosial şəbəkədəki görüntüləri ARAŞDIRIR

"Biz Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birlikdə sosial şəbəkədə yayılan görüntülərə baxmışıq".

 

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədrin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, 508 görüntü tirajlanıb, bütün görüntülər 25 dairədən 49 məntəqəni əhatə edir.

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, 6478 məntəqənin cəmi 49-da belə görüntülər var.

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, həmin görüntülərin izlənməsi bir gün çəkəcək: "Sentyabrın 11-i keçiriləcək iclasda bəzi görüntüləri müzakirə edə biləcəyik".

Sədr qeyd edib ki, MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda Ekspert Qrupunun üzvlərinə təqdim ediləcək: "Çünki kifayət qədər çox görüntü var. Amma bunlara əsasdan başlayaraq baxmaq rahat olacaq".

M.Pənahov bildirib ki, məntəqələrdən görüntüləri araşdırmaq MSK üzvləri Hüseyn Paşayev, Qabil Orucov, Fuad Cavadov və Baxşeyiş Əsgərova həvalə olunub: "Ümumilikdə isə hər kəsin prosesdə iştirakı nəzərdə tutulub".


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin