Bakının bu ərazisində asfaltlanma işləri yekunlaşdı - VİDEO/FOTO

17:15 - 9 Sentyabr 2024

Bakının bu ərazisində asfaltlanma işləri yekunlaşdı - VİDEO/FOTO

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılan təmir işləri çərçivəsində küçənin "Qələbə" dairəsindən "20 Yanvar" dairəsi istiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündən etibarən küçənin əks istiqaməti üzrə, yəni "20 Yanvar" dairəsindən "Qələbə" dairəsi istiqamətində təmir işlərinə start verilir.

Aparılan işlər çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, ərazi asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Ardınca isə "İnşaat Norma və Qaydaları"na əsasən, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.

Qeyd edək ki, aparılan təmir işləri ilə əlaqədar küçəboyu hissə-hissə avtonəqliyat vasitələrinin hərəkəti məhdudlaşdıraraq alternativ küçələrə yönəldilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.



Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin