"YouTube" videosuna baxaraq əməliyyat etdi - DƏHŞƏT

16:55 - 9 Sentyabr 2024

Hindistanın Bihar əyalətində qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya gətirilən 15 yaşlı uşaq öd kisəsinin əməliyyatı zamanı dünyasını dəyişib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, uşağın ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən “YouTube" videosunun köməyi ilə əməliyyat olunduğunu iddia edib.

Əməliyyat zamanı ürəyi dayanan uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini bildirilib. 

Azyaşlının ailəsi övladının ölümünə "saxta həkim"in səbəb olduğunu iddia edib.

Ailəsi həkimin uşaqlarını xəstəxanada qoyaraq qaçdığını iddia edib.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin