Putinin adına mağaza açılır

16:28 - 9 Sentyabr 2024

Putinin adına mağaza açılır

Rusiyanın Sankt-Peterburq şəhərində "Putin Team Russia" markalı mağazalar şəbəkəsinin ilk filialı açılacaq.

 

Manset.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin adını daşıyan ilk mağaza "Nevskiy Center" ticarət kompleksinin ikinci mərtəbəsində 100 kvadratmetrlik sahədə açılacaq.

Brendin PR direktoru Yelizaveta Şişkina açılış tarixinin 30 sentyabrda olacağını açıqlayıb. 

Qeyd edək ki, yeni mağaza "Putin Team Russsia"nın  şəhərdə ictimaiyyətə açıq olan ilk mağazası olacaq. 


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin