"Mən atəşkəs planı hazırlamışam və bunu Baydenlə bölüşmək istəyirəm" - Zelenski

16:15 - 9 Sentyabr 2024

Ukrayna Prezidenti Vladimir Zelenski atəşkəs üçün plan hazırladığını və bunu digər prezidentliyə namizədlərlə, xüsusən də ABŞ-nin hazırkı prezidenti Co Baydenlə bölüşmək istədiyini bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hər il sentyabrın əvvəlində İtaliyanın Komo gölünün sahilindəki Cernobbio qəsəbəsində beynəlxalq hadisələrin müzakirə edildiyi Ambrosetti Forumunda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski italyan jurnalistlərə Ukrayna-Rusiya müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Zelenski atəşkəs üçün bir planı olduğunu bu sözlərlə ifadə edib:

“Bir plan hazırlamışam və Amerika ilə bağlı bəzi məqamlar olduğu üçün bunu prezidentlə bölüşmək istəyirəm. Ümid edirəm ki, bu planı Baydenə və namizədlərə göstərmək və rəy almaq imkanım olacaq. Hələ heç bir məlumat paylaşmamışıq, çünki ilk təmas Baydenlə olacaq".


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin