“Qarabağ” və “Zirə”nin təxirə salınmış matçlarının tarixi açıqlandı

16:25 - 9 Sentyabr 2024

“Qarabağ” və “Zirə”nin təxirə salınmış matçlarının tarixi açıqlandı

Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.

 

Manset.az PFL-in saytına istinadən xəbər verir ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-sı, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-u keçiriləcək.

Oyunların məkanı və başlama saatı ilə bağlı əlavə məlumatların veriləcəyi vurğulanıb.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin