Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO
21 Dekabr 2024
15:23 - 9 Sentyabr 2024
Dünyanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri olan Hindistanın paytaxtı Yeni Dehlidə 2025-ci il yanvarın 1-dək atəşfəşanlıq istehsalı, satışı və istifadəsi qadağan edilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai məsələ ilə bağlı açıqlama verib.
Rai paytaxtda havanın çirklənməsinə nəzarət etmək üçün 2025-ci il yanvarın 1-dək hər cür atəşfəşanlığın istehsalı, satışı və istifadəsinin qadağan edildiyini açıqlayıb.
"Çirkliyə nəzarət etmək üçün hamımız birlikdə məsuliyyət daşımalıyıq. Hər bir Dehli sakini çirklənməyə qarşı olarsa və ətraf mühitin qorunmasına nəzarət edərsə, insanları təhlükədən xilas edə bilərik".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin