Ukrayna Krımsız ölkə xəritəsi nəşr etdi - FOTO

15:01 - 9 Sentyabr 2024

Ukrayna Krımsız ölkə xəritəsi nəşr etdi - FOTO

Ukraynada dərslik kitablarının birində Krımsız ölkə xəritəsi nəşr olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın deputatı Sofiya Fedina "Telegram" kanalında məlumat verib.

Kitabın üçüncü səhifəsində Ukrayna himninin yanında Krımsız ölkə xəritəsi var. Onun sözlərinə görə, tərtibatçılar “texniki xəta” ilə belə bir səhv ediblər.

Deputat qeyd edib ki, VII sinif üçün "Ukrayna dili" dərsliyinin müəllifi xəritədə Krımın Ukraynadan çıxarılmasına görə üzr istəyib.

Xatırladaq ki, Krım yarımadası 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olub. Ukrayna, Avropa və ABŞ isə referendumun nəticələrini tanımayıb.

 

 

 

 

 


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin