"Qarabağ"ın daha bir legioneri Türkiyə klubuna keçir

12:41 - 9 Sentyabr 2024

"Qarabağ" klubunun daha bir legioneri Hamidu Keyta Türkiyə Superliqasında çıxış edən "Konyaspor" klubuna keçir.

 

Manset.az xəbər verir ki, "Konyaspor" klubu 30 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalayacaq.

Hətta fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb.

Qeyd edək ki, Hamidu Keyta 2023-cü ildə "Zirə"dən "Qarabağ"a keçib.

Xatırladaq ki, "Qarabağ"da çıxış edən digər legioner Adama Diakabi isə Türkiyənin "Bandırmaspor" klubuna keçib.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin