Dənizin altında Türkiyə bayrağı açdılar - VİDEO

12:09 - 9 Sentyabr 2024

Dənizin altında Türkiyə bayrağı açdılar - VİDEO

Egey dənizinin əhəmiyyətli dalğıc nöqtələrindən olan İzmirin Karaburun rayonunda dalğıclar şəhərin düşmən işğalından azad edilməsinin 102-ci ildönümünü su altında Türkiyə bayrağını açaraq qeyd ediblər.

 

Manset.az bu barədə türk mediasına istinadla xəbər verir.

Dalğıclar suyun altında 35 metr dərinliyə daldıqdan sonra geri qayıdarkən ağ balıq sürüsü ilə qarşılaşıblar. Ölçüsü ilə diqqət çəkən balıqlar dalğıcların ətrafında üzərək daha sonra ərazidən uzaqlaşıblar.

Karaburun Dalğıc Mərkəzinin təlimatçılarından Mustafa Gökhan Öztürk jurnalistlərə açıqlama verib:

"Bu gözəl mirası bizə buraxdıqları üçün ölkəmizin qurucusu Mustafa Kamal Atatürkə, şəhidlərimizə və qazilərimizə təşəkkür edirik".

 

 

 


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin