Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
23:31 - 4 Noyabr 2021
"Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk".
Manşet.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib. Onun bəyanatı İran Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
"Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin qarşıya çıxan maneələri dəf etmək üçün hər iki tərəfdə ciddi iradə olması vacibdir", - Abdullahiyan deyib.
İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələri və məsləhətləşmələri davam etdirəcəyini bildirib:
"Bu kontekstdə biz ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin