Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi

11:12 - 9 Sentyabr 2024

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.
 

Müdafiə Nazirliyindən (MN) Manset.az-a verilən məlumata görə, başsağlığında deyilir:

“Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin