Ərzaq böhranı yaşandı - Mağaza rəfləri boş qaldı

10:56 - 9 Sentyabr 2024

Ərzaq böhranı yaşandı - Mağaza rəfləri boş qaldı

Əsas qida kimi düyü istehlak edilən Yaponiyada ərzaq böhranı baş verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Yaponiya əhalisi üçün çox vacib kənd təsərrüfatı məhsulu olan düyü ölkənin heç bir yerində, o cümlədən supermarketlərdə tapılmır.

Bir çox marketlərdə düyü rəfləri boş qalıb və piştaxtalara “tədarük çatışmazlığı səbəbindən düyü satışı həyata keçirilə bilməz” xəbərdarlığı asılıb.

Japonya’da pirinç krizi: Raflar boş kaldı - 3

Japonya’da pirinç krizi: Raflar boş kaldı - 1

Bəzi bazarlar isə hər müştəriyə görə düyü üçün satış limiti qoyub.

Bəs buna səbəb nədir?

Ötən ay Yaponiyada baş verən 7,1 bal gücündə zəlzələ və "Şanşan" tayfunundan sonra qorxuya düşən ölkə əhalisi və turistlər özlərinə düyü ehtiyatı yığmağa başlayıb. Bu isə öz növbəsində mağazalarda düyü satışının həyata keçirilməsini çətinləşdirib.

Yaponiyada düyü ehtiyatı iyun ayında 1,56 milyon tona düşüb ki, bu da 1999-cu ildən bəri ən aşağı səviyyədir. Hər il orta hesabla 100 min ton azalan düyü tələbatı əvvəlki ilə nisbətən 110 min ton artaraq 2024-cü ilin iyun ayına qədər olan 1 illik dövrdə 7,02 milyon tona çatıb.

Rəsmilər bildirib ki, düyü tələbinin artmasına səbəb rekord sayda turist axını və təbii fəlakətlərin ehtiyat toplama meylini artırması olub.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin