Yola bitum dağıldı, 6 maşın toqquşdu - FOTO

09:59 - 9 Sentyabr 2024

Yola bitum dağıldı, 6 maşın toqquşdu - FOTO

Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kənar Dairəvi yoldan Biləcəriyə düşən enişli yolda bitumdaşıyan yük maşınında sızma baş verib. Nəticədə yolun hərəkət hissəsinə sürüşkən neft məhsulu olan bitum tökülüb. Enişli yolla hərəkətdə olan avtomobillər oradan keçərkən qəzaya düşüb.

Hadisə zamanı ümumilikdə 6 maşına və bir iritutumlu avtobusa ziyan dəyib.

Əraziyə hərəkəti tənzimləmək üçün DYP əməkdaşları cəlb edilib.



Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin