"Biznesim var idi, koronavirus mane oldu" - Elariz Məmmədov

08:00 - 9 Sentyabr 2024

"Biznesim var idi. Koronavirus mane oldu. O qədər də böyük zərər olmadı. Yeni biznes üçün məqam gözləyirəm".

 

Manset.az Moderator.az-a istinadən xəbər verir ki, bu fikirləri müğənni Elariz Məmmədoğlu açıqlamasında deyib.

O, gələcək biznesindən danışıb.

"Hələ nə olacağı sirdir. ABŞ-də hər bir işə tələbat var. Burada sahibkar, yaxud da adi işçi olmağın heç bir fərqi yoxdur. Əsas pul qazanmaqdır. Qazancım haqda soruşurlar, amma bu haqda heç bir açıqlama vermək istəmirəm"., - deyə müğənni bildirib. Müğənni ABŞ-də dil öyrəndiyini də bildirib.

"Hər kəs ingilis dilini bilməlidir. Rus dili ingilis dilindən 20 dəfə çətindir. Mən də ingilislərin məktəbinə gedib dili mənimsədim. Şükür ki, nəticəsi oldu", - deyə o bildirib.

"ABŞ-də müğənni olmaq yaxşıdır, yoxsa Azərbaycanda?" sualına müğənni belə cavab verib:

"Mən Azərbaycan türküyəm və Azərbaycanda oxumaq mənim üçün daha maraqlıdır. Çünki Azərbaycanı sevirəm".


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin