"İttihamlar konkret cinayət əməlləri ilə bağlıdır" - DİN

21:38 - 8 Sentyabr 2024

Bakı şəhər sakini Mürvət İsmayılov internet kanallarının birində çıxış edərək övladlarının həbsi ilə əlaqədar istintaqla sübuta yetirilən hallarla bağlı şəxsi mülahizələrə əsaslanan iddialar səsləndirib. 



İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Manset.az-a bildirib ki, vətəndaş M.İsmayılovun övladları barəsində olan ittihamlar konkret cinayət əməlləri ilə bağlıdır. 

Cari il mayın 22-də paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən "Chevrolet" markalı avtomobili qaçırmaqda şübhəli bilinən 2001-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Namiq İsmayılov qeyd olunan nəqliyyat vasitəsilə birgə saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.İsmayılovun digər oğlu 1997-ci il təvəllüdlü Həsrət İsmayılovun Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma)
maddəsi ilə təqsirləndirilməsinə dair baxılan cinayət işi üzrə məhkəmədən yayındığı üçün cari il iyulun 2-də axtarışa elan olunub.

H.İsmayılov iyulun 12-də polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin